"Transfermarkt" saytının koordinatoru Kristian Şvarts portuqaliyalı hücumçu Kriştianu Ronaldunun "Instagram"da sözügedən portalın akkauntunu blokladığını bildirib.
Fanat.Az xəbər verir ki, "Sportbox" Şvartsın söylədiklərini belə çatdırıb:
"2020-ci ilin martında (həmin vaxt Ronaldu "Yuventus"da çıxış edirdi - red.) o, özü "Instagram"da əməkdaşlarımıza mesaj yazmışdı. Biz öz işimizi görmüşdük, onun adını yaşı 33-ü keçmiş 10 futbolçu arasına salmışdıq və Kriştianunu transfer qiymətinə görə 1-ci pilləyə qoymuşduq. Həmin vaxt 2-ci sıradakı Bernardu Silva ilə Ronaldunun dəyəri arasında böyük fərq də göstərilmişdi. İndi dəqiq xatırlamıram. Səhv etmirəmsə, 25 milyon avro fərq var idi. Əməkdaşlarımız suallarına cavab olaraq niyə belə siyahı müəyyənləşdirdiyimizi izah etmişdilər. O isə bir neçə smayl göndərəndən sonra portalın akkauntunu bloklamışdı".
"Tranfermarkt" hazırda 36 yaşı olan Ronaldunun tranfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.
Nihat