İngiltərə millisinin və "Mançester Siti"nin ulduz futbolçusu Cek Qrilişin adı yenə qalmaqala qarışıb.
Fanat.Az xəbər verir ki, "4Football TV" portalı onun sərxoş halı əks olunan videosunu yayımlayıb.
26 yaşlı yarımmüdafiəçi İngiltərə barlarından birində kameralara tuş gəlib.
Grealish 'turned away from a bar for being too drunk' 😳#Greenwood #grealish #Jackgrealish #kylewalker #ManchesterCity #mancity #grealishdrunk pic.twitter.com/L56AbZzVs7
— 4Football TV (@4footballtv) February 8, 2022
Video sosial şəbəkələrdə sürətlə yayılıb. Bu görüntülər "Mançester Siti" azarkeşlərini özündən çıxarıb. Onlar futbolçunu səhlənkarlıqda ittiham ediblər.
Xatırladaq ki, ötən ilin dekabr ayında baş məşqçi Pep Quardiola futbolçu Fil Foden və Cek Qrilişi oxşar hadisəyə görə bir oyunluq cəzalandırmışdı.
Emin