Ötən gecə La Liqanın 24-cü turu çərçivəsində keçirilən "Espanyol" - "Barselona" derbisi qalmaqala səbəb olub.
Fanat.Az xəbər verir ki, 4 qolun vurulduğu və üç futbolçunun meydandan qovulduğu oyunda ehtiraslar bununla soyumayıb.
İlk 45 dəqiqədə meydanda olan “Barselona”nın stoperi Ronald Araujo rəqibə qarşı təxribata əl atıb. O, matça əlavə olunmuş dəqiqələrdə bir-birinə qarşılıqlı hücum çəkən Cerard Pike və Niko Melamedin qırmızı vərəqə aldıqları epizodda ehtiyat oyunçular skamyasından rəqibə əl işarəsi ilə jest edib. Araujo "Espanyol"un ikinci liqaya düşə biləcəyinə işarə edib.
Uruqvaylı futbolçu matçdan sonra etdiyi hərəkətə görə üzr istəyib: "Espanyol"da hər kəsdən üzr istəyirəm. Bu, böyük gərginlik səbəbindən baş verdi. Mən özümü bütün rəqiblərə hörmət edən insan hesab edirəm və baş verənlərlə fəxr etmirəm".
"Barselona"nın baş məşqçisi Xavi də oyunsonrası mətbuat konfransında üzrxahlıq edib: "Mən nə baş verdiyini görməmişəm, amma rəqibə, hakimə, rəqib azarkeşlərə hörmət etməliyik. Biz həmişə centlmen olmalıyıq. Ona görə də üzr istəyirəm. Belə olmamalıdır".
🔥 Polémico gesto de Ronald Araujo al banquillo del Espanyol durante el derbi...
— The FootMail Digital (@thefootmailmx) February 14, 2022
🗣️ "A 2da"#LaLiga 🇪🇸pic.twitter.com/xpLWnFoROL
Mirağa