Əfsanəvi futbol veteranı Pelenin səhhəti ilə bağlı son durum açıqlanıb.
Fanat.Az "L'Equipe"ə istinadən xəbər verir ki, braziliyalı sabiq futbolçu özünü yaxşı hiss edir.
Sidik kanalında aşkarlanan infeksiyanın qarşısı alınıb. Ancaq üçqat dünya çempionu bağırsaq şişinin müalicəsini evdə davam etdirəcək.
Əməliyyatdan az sonra keçmiş futbolçu palataya köçürülüb və özünü yaxşı hiss etdiyini bildirib. Pele dəstəyə görə hər kəsə təşəkkür edib.
Qeyd edək ki, Pele son illərdə bir sıra ciddi sağlamlıq problemləri ilə üzləşib. O, omba dəyişdirmə əməliyyatı ilə bağlı fəsadlar, həmçinin böyrək və prostat problemləri ilə də mübarizə aparır.
Emin