Moskva “Spartak”ının sabiq baş məşqçisi Massimo Karrera FİFA və UEFA-nın Rusiya millisi və klublarını qeyri-müəyyən müddətə beynəlxalq turnirlərdən kənarlaşdırmaq qərarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, “Sport Express” Karreradan belə sitat gətirir: "Fikrimcə, idman mütləq siyasi problemlərdən kənarda qalmalıdır. Ümid edirəm ki, Rusiya idmanı ilə bağlı bu problem tezliklə öz həllini tapacaq və yer kürəsində yenidən sülh hökm sürəcək”.
Xatırladaq ki, FİFA və UEFA-nın Rusiya nümayəndələrini iri beynəlxalq turnirlərdən kənarlaşdırmaq qərarı bu ölkənin Ukraynaya hücumu ilə bağlıdır.
Emin