"Barselona" yarımmüdafiəçisi Frenki de Yonqu "Mançester Yunayted"in müdafiəçisi Harri Maquayrla dəyişmək təklifi hazırlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı Kataloniya klubuna yaxınlığı ilə tanınan ispan jurnalist Jerar Romero yayıb.
Mənbənin məlumatına görə, təklif rəsmi olaraq yay transfer pəncərəsi zamanı İngiltərə klubuna göndəriləcək.
Xəbərdə "Barselona"nın de Yonq, MY-nin Maquayrla yolları ayırmaq niyyətində olduğu vurğulanıb. Bu səbədən İspaniya nəhənginin oyunçuları dəyişmək istəyinin ingilislər tərəfindən müsbət qarşılanacağı bildirilib.
Emin