"Real Madrid"in hücumçusu Kərim Benzema İspaniya nəhəngi ilə növbəti dəfə çempion olmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, Əlcəzair əsilli fransalı şəxsi "Twitter" hesabında belə paylaşım edib:
"Dünyanın ən yaxşı klubu üçün daha bir mükafat! Komandaya və azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bizim hələ də başqa hədəflərimiz var. İrəli, Madrid!"
Bu mövsüm "Real" formasıyla bütün turnirlərdə 42 oyuna çıxan Benzema 42 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Fransa millisinin forvardı davam edən La Liqanın bombardirlər yarışında liderdir.
Xatırladaq ki, "Real" dünən "Espanyol"u 4:0 hesabı ilə üstələyərək vaxtından əvvəl 35-ci İspaniya çempionluğuna qovuşub.
Nihat