Futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyun keçirilib.
Fanat.Az xəbər verir ki, bu gün bir görüş baş tutub.
Çempionlar Liqasına vəsiqə qazanmağa çalışan "Tottenhem" 4-cü yerdə qərarlaşan "Arsenal"la qarşılaşıb. Hotspurlular rəqibi üzərində böyük qələbə qazanaraq London təmsilçisi ilə xal fərqini minimuma endirib - 3:0.
İngiltərə Premyer Liqası
12 may
22-ci turun oyunu
Tottenhem - Arsenal 3:0
Qollar: Keyn, 22, 37, Son Xın Min, 47