Azərbaycan millisinin və Almaniyanın "Ertsgebirge" klubunun hücumçusu Dmitri Nazarov yığmamızın sabiq baş məşqçisi Berti Foqts haqqında danışıb.
Fanat.Az xəbər verir ki, "Liga3-online" saytı 32 yaşlı futbolçunun dediklərini belə çatdırıb:
"Artıq neçə ildir ki, Berti Foqtsla bir-birimizi görmürük. Onu hazırda futbol stadionundan daha çox qolf meydançası cəlb edir. Ona görə də nadir hallarda görüşürük".
Nazarov Almaniya yığmasına qarşı kemçirdiyi oyunda fərqləndiyini də xatırlayıb:
"2018-ci il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya millisinə 1:4 hesabı ilə məğlub olmuşduq. Ard-arda bir neçə oyun top buraxmayan Almaniyaya qol vurdmuşdum. Almanların belə bir seriyasını qırmaq mənim üçün gözəl təcrübə idi".
Emin