Fransa nəhəngi PSJ braziliyalı ulduzu Neymarı İngiltərənin "Mançester Siti" klubuna təklif edib.
Fanat.Az "Diario Sport"a istinadən xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Xosep Quardiola cənubi amerikalı hücumçunun heyətə qatılmasını istəməyib.
Xəbərə görə, rəhbərliklə müzakirə zamanı Neymarın komandadakı ab-havanı pozacağını bildirən Pep sözügedən futbolçunun alınmasının faydasız olacağını deyib.
Daha öncə "sambaçı"nın Paris klubundakı komanda yoldaşı Kilian Mbappe ilə yola getmədiyi və daha bir neçə futbolçu ilə gərginlik yaşadığı barədə informasiyalar yayılıb.
Qeyd edək ki, Neymar bu mövsüm Liqa 1-də çıxdığı 5 oyunda 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat