14:23 27.10.2022 384

Aqil Abbas: "Əminəm ki, "Qarabağ" Fransadan qalib kimi dönəcək"

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Qarabağ" Fransada "Nant"ın qonağı olacaq.

Millət vəkili, yazıçı Aqil Abbas Fanat.Az-a açıqlamasında bu oyundan hansı nəticəni gölədiyini deyib:

"Mən "Qarabağ"a uğurlar arzulayıram. Dualarımı əskik etmirəm. Onlar hər dəfə səfərdən qayıdanda qurban kəsirəm. İstər qalib olsunlar istər məğlub, fərq etməz. Əsas odur sağ-salamat qayıtsınlar. Bu dəfə qalib qayıdacaqlar.

Hər dəfə oyundan öncə Qurban Qurbanovla danışıram. İstəklərimi, dualarımı ona çatdırıram. 

Ölkə çempionatında "Qarabağ"ın oyunlarına baxmaq üçün stadiona getmirəm. Bunun da səbəbi var. Mən futbol izləyərkən çox emosional oluram. Çılğın azarkeşəm. Həyəcanlanıram. Hətta bir dəfə "Qarabağ"ın oyununu izləyərkən stadionda mənim ürəyim getmişdi. Mən evdə oyunları izləyəndə çığırtıma qonşular oyanır. Dururam, qaçıram ora-bura... 

Sizə bir əhvəlat danışım, mən həm də Türkiyə millisinə azarkeşlik edirəm. Bir dəfə Türkiyə yığmasının oyunu idi. Tək baxmağa hazırlaşırdım. Elə bu zaman gözləmədiyim halda, evə dayımgil qonaq gələsi oldu. Süfrə açmalı olduq. Yığışdıq masa ətrafına. Həm qonaqlarla söhbət edirəm həm də futbol baxıram. Mənim də fikrim qalıb oyunda. Türkiyə qol vurdu, birdən-birə sevincimdən sıçradım, qalxdım masanın üstünə. Çığırdım: "Qol, qol, qol!". Hamı da təəccüblə mənə baxdı. Dedim ki, mənə niyə baxırsınız, qol orada vurulub, ora baxın. Yəni dediyim odur ki, bu dərəcədə çılğın futbol azarkeşiyəm. 

Bir dəfə "Qarabağ"ın APOEL-lə oyununda stadionda, azarkeşlərin arasında oturmuşdum. Gözlənilmədən polis yaxınlaşdı. Mənə dedilər ki, klub rəhbərliyi və Qurban Qurbanov məni tribunada görüb. "Skybox"a dəvət ediblər. Xəbər göndərmişdilər ki, gəlim bir stəkan çay içim, oyunu oradan izləyim. Cavabında dedim ki, ilk hissəni buradan izləyim, sonra baxarıq. Əslində, matçı azarkeşlərin arasında izləmək daha maraqlıdır.

Əminəm ki, "Qarabağ" Fransadan qalib kimi dönəcək". 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

Facebookdan bizi izləməyi unutmayın.
X