Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Sport ES" saytı: "Arsenal"ın baş məşqçisi Mikel Arteta gələcəkdə "Barselona"nı idarə edəcək".
"North Echo" saytı: "Nyukasl Yunayted" "Brayton"un ulduzu Leandro Trossardın transferi uğrunda "Çelsi" ilə yarışacaq".
"Calciomercato" nəşri: "Yuventus" və "Roma" "Sassuolo"nun yarımmüdafiəçisi Davide Frattesi ilə maraqlanır".
“The Athletic” nəşri: “Brayton”un baş məşqçisi Roberto de Dzerbi Ukrayna millisinin müdafiəçisi Mikola Matviyenko ilə maraqlanır".
"Sky Sport" saytı: "Klopp növbəti 2 transfer pəncərəsində klub rəhbərliyindən maliyyə dəstəyi alacaq".
"Sky Sport" saytı: "Mançester Yunayted" "Bayer Leverkuzen"dən sağ cinah yarımmüdafiəçisi Ceremi Frimponqu transfer etməyi düşünür".
Emin Şəmsiyev