İngiltərə millisinin sol cinah müdafiəçisi Ben Çiluell Zaqreb “Dinamo”su ilə oyunun son dəqiqələrində aldığı zədədən sonra Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "The Mirror" nəşri məlumat yayıb.
Çempionlar Liqasında qalib gəldikdən sonra baş məşqçi Qrem Potter bu barədə belə deyib:
“Bəli, düşünürəm ki, indi onun dünya çempionatında iştirakı sual altındadır. Daha heç nə demək istəmirəm. Futbolçu ayağını beləzədələyəndə proqnoz çox nadir hallarda müsbət olur”.
Emin