Futbol üzrə Almaniya millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
Fanat.Az Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, Hans-Diter Flik 26 oyunçuya dəvət göndərib.
Qapıçılar: Manuel Noyer ("Bayern Münhen"), Andre Ter-Ştegen ("Barselona"), Kevin Trapp (Frankfurt "Ayntraxt"ı).
Müdafiəçilər: Armel Bella-Koçap ("Sauthempton"), Mattias Ginter, Kristian Günter (hər ikisi "Frayburq"), Tilo Kerer ("Vest Hem"), Lukas Klostermann, David Raum (hər ikisi "Layptsiq"), Antonio Rüdiger ("Real Madrid"), Niko Şlotterbek (Dortmund "Borussiya").
Yarımmüdafiəçilər: Kərim Adeyemi, Yulian Brandt (hər ikisi Dortmund "Borussiya"sı), Serj Qnabri, Leon Qoretska, Yozua Kimmix, Camal Musiala, Leroy Sane (hamısı "Bayern Münhen"), Mario Götze (Frankfurt "Ayntraxt"ı), İlkay Gündoğan ("Mançester Siti"), Kay Haverts ("Çelsi"), Yonas Hofmann (Mönhenqladbax "Borussiya"sı).
Hücumçular: Niklas Füllkruq ("Verder"), Yussufa Mukoko (Dortmund "Borussiya"sı), Tomas Müller ("Bayern Münhen").
Qeyd edək ki, DÇ-2022 20 noyabr - 18 dekabrda gerçəkləşəcək. Almaniya yığması E qrupunda İspaniya, Kosta-Rika və Yaponiya ilə mübarizə aparacaq.