“Roma”nın baş məşqçisi Joze Mourinyu İtaliya A Seriyasının 14-cü turunda “Sassuolo” (1:1) ilə keçirilən matçın nəticəsinə görə qəzəblənib.
Fanat.Az "Sport klub"a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis adını çəkmədiyi yetirmələrindən birinin arxasınca deyinib:
“Sassuolo” ilə oyunda meydanda 16 futbolçum vardı və 15-in münasibəti xoşuma gəldi. Təəssüf edirəm ki, qeyri-peşəkar münasibətə görə komandanın səyləri boşa çıxdı. "Latsio"dan sonra İbanez haqqında belə danışmadım, çünki səhvlər oyunun ayrılmaz hissəsidir və onun münasibəti heç vaxt problem yaratmırdı. Amma indi...Ona dedim ki, yanvara qədər özünə yeni iş yeri axtarsın. Özünə də dedim ki, onu bir daha görmək istəmirəm. Qoy özünə yeni klub tapsın”.
Mourinyu onu məyus edən futbolçunun adını açıqlamaq istəməsə də, "Corriere dello Sport" söhbətin Rik Karsdorp olduğunu iddia edib. Türkiyəli Zeki Çelikin yerinə 65-ci dəqiqədə oyuna daxil olan niderlandlı futbolçu bir neçə dəfə top itkisinə yol verib, ötürmələri qeyri-dəqiq olub və bir əlverişli qol fürsətini qaçırıb.
Mirağa