PSJ-nin superulduzu Lionel Messi kapitanı olduğu Argentina millisinin düşərgəsində bəyəndiyi 17 yaşlı hücumçusu Luka Romeronun Paris klubuna transfer edilməsini istəyir.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, təcrübəli futbolçu artıq həm rəhbərlik, həm də komandanın baş məşqçisi Kristof Qaltye ilə istedadlı gəncin heyətə qatılmasını müzakirə edib.
Xəbərə görə, Argentinanın gənclər yığmasının formasını geyinən və sözügedən ölkənin əsas seçməsinin məşqlərinə qatılan "Latsio"nun gənc forvardı özü də PSJ-yə keçməyi uyğun variant sayır. Mənbə bu transferin reallaşmaq ehtimalının yüksək olduğunu vurğulayıb.
Qeyd edək ki, "Malyorka"nın yetirməsi sayılan Meksika doğumlu Luka "Latsio"ya 2021-ci ilin yayında keçib. Bu mövsüm Roma təmsilçisində çıxdığı 6 oyunda 1 qol vuran Romeronun klubu ilə müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.