"Mançester Yunayted" klubunun portuqaliyalı ulduzu Kriştianu Ronalduya ötən gün "qırmızı şeytanlar"ın rəhbərliyi və baş məşqçisi ilə bağlı verdiyi açıqlamaya görə klubu tərəindən pul cəzası kəsiləcək.
Fanat.Az xəbər verir ki, bu barədə "Metro" saytı məlumat yayıb.
Mənbə 37 yaşlı superulduzun klubu tərəfindən 1 milyon funt sterlinq cərimələnəcəyi vurğulanıb.
Xatırladaq ki, Ronaldu "Talk TV"-yə müsahibəsində MY rəhbərliyinin ona xəyanət etdiyini, çətin dönəmdə dəstəkləmədiyini deyib. Kriştianu komandanın niderlandlı çalışdırıcısı Erik ten Haqa hörmət etmədiyini də söyləyib.