“Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldunun karyerasını harada davam etdirəcəyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı “Daily Mail” yayıb.
Xəbərə görə, portuqaliyalı hücumçu "Bayern Münhen"ə keçə bilər. 37 yaşlı forvardın və onun agenti Xorxe Mendeşin ötən həftə Münhen klubunun nümayəndələri ilə görüşdüyü vurğulanıb. Almaniya nəhənginin hücumçusu Sadio Mane zədəli olduğu üçün rəhbrəliyin Ronaldunun transferini vacib saydığı bildirilib.
Ronaldu son müsahibəsində MY-nin ona xəyanət etdiyini, komandanın baş məşqçisi Erik ten Haqa hörmət qoymadığını söyləyib.