Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"MediaFoot": "Atletiko Madrid"in hücumçusu Joau Feliks bir neçə top-klubun diqqət mərkəzinə düşüb. İspaniya təmsilçisi də bu qış portuqaliyalı forvardla vidalaşmağı planlaşdırır. 23 yaşlı futbolçuya "Yuventus", "Mançester Yunayted" və Liqa I klubları maraq göstərir. Feliks özü isə PSJ keçmək arzusundadır. Onun Madrid klubu ilə müqaviləsi 2026-cı ilə qədər olduğu üçün parislilər keçidə görə küllü miqdarda pul ödəməli olacaq.
"Mundo Deportivo": "Las-Palmas"ın gənc futbolçusu Alberto Moleyro İngiltərə klublarının da diqqətini çəkib. "Barselona"nın heyətinə qatmaq istədiyi oyunçu üçün "Liverpul" və "Mançester Siti"də mübarizə aparacaq. İPL təmsilçiləri 19 yaşlı hücumçu üçün 30 milyon avro ödəməyə hazırdırlar.
"Goal.com": "Çelsi" "Layptsiq"in futbolçusu Kristofer Nkunkuya elçi düşüb. Fransalı yarımmüdafiəçinin müqaviləsini əsasən, gələn yay Nkunkunu heyətinə qatmaq istəyən klub 65 milyon avro ödəməlidir. Lakin o qədər gözləmək niyyətində olmayan London təmsilçisi bu qiş Nkunkunu almaq üçün qeyd olunan məbləğdən daha çox pul ödəməyə hazırdır.
"Diario SPORT": "Real Madrid"in yarımmüdafiəçisi Toni Kroos "Mançester Siti"nin hədəfindədir. Almaniyalı futbolçunun gələn yay klubu ilə müqaviləsi başa çatır və onunla yeni anlaşma üçün danışıq aparılmayıb. Kroosu heyətinə qatmaq istəyən İngiltərə klubu futbolçuya ilinə 14 milyon avro ödəməyə hazırdır.
“Daily Mail”: “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldu "Bayern Münhen"ə keçə bilər. 37 yaşlı forvard və onun agenti Xorxe Mendeşin ötən həftə Münhen klubunun nümayəndələri ilə görüşüb.
Röya Kərimli