İtaliya A Seriyasının son turunda "Torino" ilə matçın (1:1) 90-cı dəqiqəsində qırmızı vərəqə alan "Roma"nın baş məşqçisi Joze Mourinyu cəzalanıb.
Fanat.Az xəbər verir ki, İtaliya Futbol Federasiyasının qərarı ilə portuqaliyalı çalışdırıcı 2 oyunluq uzaqlaşdırılıb.
O, yalnız gələn il meydana qayıda biləcək. Belə ki, Mourinyu Qətərdəki dünya çempionatından sonra romalıların ilk oyunlarında - "Bolonya" ilə ev və "Milan"la səfər matçında texniki zonada olmayacaq. Bu isə o deməkdir ki, Mourinyu 2023-cü il yanvarın 15-də komandasının başına keçə biləcək.
Mirağa