12:00 16.11.2022 430

Günün transfer xəbərləri: Mourinyu Abrahamı "gözdən çıxartdı"

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Mirror": "Mançester Yunayted" PSJ-nin hücumçusu Kilian Mbappeyə maraq göstərir. Premyer Liqa təmsilçisi 23 yaşlı fransalı futbolçunu Kriştianu Ronalduya əvəzedici olaraq görür. "Qırmızı şeytanlar" transfer üçün PSJ-yə 170 milyon avro ödəməyə hazırdır. Mbappe isə portuqaliyalı ulduz kimi həftəsinə 500 min funt alacaq. 

Qeyd edək ki, Ronaldunun qalmaqallı müsahibəsindən sonra "Mançester Yunayted" ilə münasibətləri elə də yaxşı deyil.  Mbappe isə sentyabr ayında maaşların gecikməsinə görə PSJ-dən ayrılmaq istədiyini açıqlamışdı. 

"The Express": "İnter"in futbolçusu Milan Şkrinyara İngiltərə klublarından maraq var. Slovakiyalı müdafiəçi "Arsenal" və "Mançester Yunayted"in hədəfindədir. Milan təmsilçisi Şkrinyara ilə müqaviləni yeniləməyəcəyi üçün bu qış təklifləri dəyərləndirməyi planlaşdırır. 

"Daily Mail": Eduard Mendinin "Çelsi"də gələcəyi sual altındadır. Tərəflər arasında yeni sözləşmə ilə bağlı daha danışıqlar aparılmır. Baş məşqçi postuna Qrem Potterin gəlişindən sonra seneqallı qapıçı əsas heyətdəki yerini də itirib. Mendi Potterə özünü sübut edə bilməyəcəyi təqdirdə gələn yay klubdan ayrıla bilər. Baş məşqçi üçün komandada "1" nömrə Kepa Arrisabalaqa olsa da, son 4 matçda Mendiyə şans verib. Lakin oyunlardan üçündə komanda məğlub olub. Bu səbəbdən seneqallı əlcək ustası ilə 2025-ci ilə qədər müddəti olan müqavilənin yenilənəcəyi real görsənmir. 

Onu da qeyd edək ki, Mendinin "Çelsi"dən gedəcəyi təqdirdə komandaya "Brayton"un qapıçısı Robert Sançesin gətiriləcəyi iddia olunur. 

"Express": "Tottenhem" klubunun rəhbərliyi Fransa millisinin hücumçusu Markus Türamı yaxından izləyir. 23 yaşlı futbolçunun "Borussiya Münhenqladbax"ı ilə müqaviləsi gələn yay başa çatır. Ona görə Bundesliqa təmsilçisi Türamı yanvarda aşağı qiymətə satmağa razı ola bilər. Hazırda fransalı forvardın transfer dəyəri 35 milyon avro olaraq dəyərləndirilir. 

"Calciomercato": "Roma" hücumçusu Temmi Abrahamı satmaq fikrindədir. 25 yaşlı ingiltərəli futbolçu Romaya 2021-ci ildə 40 milyon avro qarşılığında "Çelsi"dən gəlib. Ancaq iştirak etdiyi 20 matçda cəmi 4 dəfə fərqlənməyə müvəffəq olub. İddiaya görə, A Seriyası klubunun baş məşqçisi Joze Mourinyu Abrahamı yanvarda buraxmağa hazırdır. Belə ki, onun transferindən əldə ediləcək gəlirə "Sassuolo"dan David Frattezi almağı planlaşdırır. 

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

Facebookdan bizi izləməyi unutmayın.
X