Fransa yığmasının baş məşqçisi Didye Deşam hücumçular Kərim Benzema və Kilian Mbappenin komandadakı statusu barədə suala aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, "Onze Mundial" fransalı mütəxəssisdən sitat təqdim edib:
"Söhbət üstün keyfiyyətlərə malik iki hücumçu oyunçudan gedir. Bəli, onlar lider olmalı və fərq yaratmalıdırlar. Mən bu barədə onlarla danışıram. Amma heç biri lider olmaq istəmir. Bilirlər ki, komandanın mənafeyi hər şeydən üstündür".
Mirağa