“Mançester Yunayted”in hücumçusu Kriştianou Ronaldu “Mançester Yunayted”in gənc futbolçularını öz üzərlərində işləmədiklərinə görə tənqid edib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduz bunu jurnalist Piers Morqanla müsahibəsində bildirib.
“Onların vecinə deyil. Bəziləri sözlərimə qulaq asır, amma çoxu yox. Bu məni təəccübləndirmir və düşünürəm ki, onların əksəriyyətinin böyük və uzunmüddətli gələcəyi yoxdur”.
Qeyd edək ki, Ronaldu bundan əvvəl sözügedən jurnalistə müsahibəsində MY-də xəyanətə uğradığını, həmçinin, baş məşqçi Erik ten Haqa hörmət etmədiyini bildirmişdi.
Mirağa