Moskvanın ÇSKA klubunda çıxış edən qazaxıstanlı futbolçu Bəxtiyar Zaynutdinov karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə İtaliyanın “La Gazzetta dello Sport” qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, “Atalanta” Avropa nəhənglərinin maraq dairəsinə düşən Hans Hateboyeri əvəz edə biləcək namizədlərin siyahısına Zaynutdinovu da daxil edib. İddiaya görə, ÇSKA qazaxıstanlını 4 milyon avroya buraxa bilər.
24 yaşlı Zainutdinov 2020-ci ildən ÇSKA-da çıxış edir. O, bu mövsüm "hərbçilər"in heyətində 15 oyuna çıxıb.
Mirağa