Portuqaliya millisinin yarımmüdafiəçisi Ruben Neveş dünya çempionatında komandası ilə bağlı gözləntilərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "TalkSport" futbolçudan belə sitat təqdim edib:
“Soyunub-geyinmə otağında ab-hava əladır, heç bir mübahisə yoxdur. Fikir ayrılığı ancaq mətbuatda olur, paltardəyişmə otağında yox. Diqqətimizi yüz faiz dünya çempionatına yönəltmişik.
Məşqdə gördüklərimə əsasən deyə bilərəm ki, Ronaldu heyrətamiz formadadır. Ona görə də narahat olmayaq. Biz başa düşürük ki, hər kəsdən maksimum fayda əldə etməyin yeganə yolu komanda oyunudur. Bu, Ronalduya da aiddir. Yaxşı oynasaq, Ronaldu fenomenal olacaq”.
Portuqaliya millisi DÇ-2022-nin ilk turunda - noyabrın 24-də Qana ilə qarşılaşacaq.
Mirağa