Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Football Insider": "Aston Villa"nın qapıçısı Emiliano Martines klubdan ayrıla bilər. Buna səbəb futbolçunun komandaya yeni baş məşqçi təyin olunan Unai Emeri ilə münasibətlərinin pis olmasıdır. Onların arasında qalmaqal "Arsenal"da çalışdıqları vaxtlarda yaranıb və gərginlik hələ də davam edir. Keçən ilin yanvarında Argentina millisinin üzvü ilə 5 illik müqavilə bağlansa da, Martines bu qış klubunu dəyişmək niyyətindədir".
"Readfootball": "Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola sabiq klubu "Barselona"ya mümkün qayıdışı ilə bağlı sualı cavablandırıb. "Heç nə "Barselona" ilə müqayisə oluna bilməz. Mən bilsəm ki, orda lazımam, dərhal qayıdaram. Ancaq indi vəziyyət elə deyil. Mənim gedişimdən sonra da komanda qələbələr qazanır. Əgər tale bizi yenidən bir araya gətirsə, bu baş verəcək. Heç nəyi məcbur etməyə ehtiyac yoxdur", - deyib.
İnsayder Florian Plettenberq: "Bayern Münhen" "Tottenhem"in hücumçusu Harri Keynin transferi üzərində çalışır. Bundesliqa klubu İngiltərə millisinin üzvü üçün 80-100 milyon avro ödəməyə hazırdır. Ancaq futbolçu gələcəyi ilə bağlı hələ qərar verməyib. O, fikrini DÇ-2022-dən sonra açıqlayacaq".
İnsayder Si Fillips: "Lids"in qapıçısı İllan Melye "Çelsi" və "Mançester Yunayted"in maraq dairəsindədir. "Çelsi"nin baş məşqçisi Qrem Potter klub rəhbərliyidən Melyeni transfer etməyi xahiş edib. Belə ki, London təmsilçisinin hər iki qapıçısı - Eduard Mendi və Kepa Arrisabalaqa mütəxəssisin ümidlərini doğrultmayıblar".
Röya Kərimli