20:00 24.12.2019 865

Elə oyundaca nazir müavini təyin edilən qapıçı - Maslaçenkonun həyatı

Sovet futbolunun tanınmış simalarından biri olan Vladimir Maslaçenko təkcə azarkeşlər arasında deyil, cəmiyyətdə də kifayət qədər populyar şəxs sayılıb. Həmçinin Kreml azarkeşləri də Maslaçenkoya böyük hörmətlə yanaşıblar. Uzun illər SSRİ-nin müdafiə naziri olan marşal Andrey Qreçko Maslaçenkonu "Lev Yaşindən sonra birinci” adlandırıb. Maslaçenko marşalın azarkeşlik etdiyi komandaya, MOİK-ə ciddi rəqib sayılan "Spartak”da oynasa da, Qreçko onun peşəkarlığını yüksək qiymətləndirib.

Siyasilərin Maslaçenkoya rəğbəti qapıçını 45 dəqiqə ərzində nazir müavini kürsüsünə də qaldırıb. 1992-ci ildə Rusiya Federasiyası hökuməti ilə Moskva hökuməti işçilərinin arasında futbol turniri keçiriləndə Maslaçenko birbaşa stadionda yüksək vəzifəyə təyinat alıb. Həmin oyunda Rusiyanın ilk prezidenti Boris Yeltsin də azarkeş qismində iştirak edib. Oyunun birinci hissəsinin sonunda Rusiya hökuməti komandasının qapıçısı ciddi zədə alıb. Fasilə zamanı Yeltsinə bildiriblər ki, qapıçını əvəz etmək lazımdır. Bu məqamda Maslaçenko Yeltsinin gözünə sataşıb və o, qapıçıya meydançaya çıxmaq göstərişi verib. Maslaçenko etirazını bildirib:

- Boris Nikolayeviç, axı mən hökuməti təmsil etmirəm, bu strukturda işləmirəm...



- Cənab Maslaçenko (Yeltsin qospodin deyə müraciət edib), əgər prezident sizə Rusiya hökumətinin komandasında oynamaq göstərişi verirsə, deməli, siz artıq bu hökumətdə təmsil olunursunuz. Mən bu dəqiqədən sizi Rusiya idman nazirinin birinci müavini təyin edirəm.

Sonra Yeltsin yanında əyləşən Rusiya Nazirlər Soveti sədri vəzifəsini icra edən Yeqor Qaydara müvafiq sərəncamın imzalanması ilə bağlı göstəriş verib.

Beləliklə, Maslaçenko oyunun ikinci hissəsində meydançaya çıxıb, 45 dəqiqə ərzində onun qapısından top keçirmək mümkün olmayıb. Matçdan sonra Yeltsin ona təşəkkürünü bildirib:

- Heç dəyişməmisiniz, hər şey 60-cı illərdə olduğu kimidir. İndi isə yeni vəzifənizin icrasına başlaya bilərsiniz.

Maslaçenko elə bu söhbətdə 45 dəqiqəlik nazir müavini vəzifəsinə xitam verib:

- Boris Nikolayeviç, mən öz vəzifəmi 45 dəqiqəyə yerinə yetirdim, növbəti matçlarda ehtiyac olarsa, məni yenidən vəzifəyə təyin edərsiniz...



Vladimir Maslaçenko 1936-cı ildə Dnepropetrovskda anadan olub. Məktəb illərində eyni vaxtda idmanın bir neçə növü ilə məşğul olub, sonda futbolu seçib. Bu oyuna marağı isə adi bir təsadüfdən baş verib. Anası onu həkimə aparanda Maslaçenko qonşu həyətdə uşqaların futbol oynamasını seyr edib. Günlərin birində növbəti dəfə qonşu həyətdən keçəndə Maslaçenko qapıçının adi bir zərbədən topu necə buraxdığının şahidi olub. Bu məqamda o, anasının əlini buraxaraq meydançaya qaçıb və həmyaşıdları olan "futbolçular”a səslənib ki, sizin vurduğunuz bütün topları mən saxlaya bilərəm. Sözünün üstündə duran Maslaçenko bütün zərbələri dəf edib. Həmin gün onu "məhəllə klubu”na dəvət ediblər. Həmişə üst-başı təmiz, səliqəli olan Maslaçenko bu hadisədən sonra evə paltarı toz-torpaqlı qayıdıb. Valideynləri bir müddət onu futboldan yayındırmaq istəyiblər, amma Maslaçenko seçdiyi yoldan geri dönməyib.

Vladimir Maslaçenko peşəkar futbol karyerasına 1953-cü ildə "Metallurq” komandasında başlayıb. 1956-cı ildə Moskvanın "Lokomotiv” komandasına dəvət olunub. 1962-ci ildən futbol karyerasının sonuna qədər "Spartak”da oynayıb və 4 il bu komandanın kapitanı olub.

Məşhur qapıçı Moskva Dövlət Bədən Tərbiyəsi İnstitutunda ali təhsil alıb.



1961-ci ildə Maslaçenko ilin ən yaxşı qapıçısı titulunu qazanıb. 100 oyunda top buraxmayan qapıçı kimi "Lev Yaşin klubu”nun üzvü olub. 1957-ci ildən Maslaçenko həm də SSRİ yığmasında təmsil olunub. O, 1969 ildə əməkdar idman ustası adına layiq görülüb.

1969-cu ildə Maslaçenko futbol karyerasına son qoyub. Amma o, futboldan könüllü getməyib. "Spartak”ın məşqçisi, milliyyətcə erməni olan Mkırtıç (Nikita) Simonyanla aralarında yaranan konfliktdən sonra məşqçi növbəti çempionatda xəbərdarlıq etmədən onu klubdan uzaqlaşdırıb. Maslaçenko ayrı-ayrı futbol klublarından dəvətlər alsa da, yenidən futbola qayıtmayıb. Maslaçenko sonralar Simonyanla bağlı belə bir fikir söyləyib: "Simonyandan fərqli olaraq futbol xəyanəti sevmir...”

Maslaçenko sonrakı fəaliyyətini idman şərhçiliyinə bağlayıb. Onun bu sahəyə gəlməsində Nikolay Ozerovun böyük rolu olub. İdman şərhçisi kimi Maslaçenko qısa bir müddət ərzində populyarlıq qazanıb. 1970-1991-ci illərdə Maslaçenko SSRİ-nin bir nömrəli xəbərlər proqramı olan "Vremya”da idman xəbərlərini aparıb.



1991-ci ildən ömrünün sonuna qədər Vladimir Maslaçenko "NTV”, "NTV Plyus Sport”, "NTV Plyus Futbol” kanallarında idman şərhçisi kimi fəaliyyətini davam etdirib.

Maslaçenko olduqca aktiv bir həyat tərzi sürüb. O, gündəlik iş rejimini dəqiqələrlə ölçüb. Adəti üzrə isə şərhçi pultuna oyuna 5-10 saniyə qalmış özünü çatdırıb. Amma oyunların birinə 16 saniyə gecikməsi onu baş katib qarşısında utandırıb. Belə ki, həmin oyunda Leonid İliç Brejnev də iştirak edib. Saniyələr keçib, Maslaçenkonun səsi eşidilməyib. Brejnev ətrafındakılara narazılığını bildirib. Oyundan sonra isə Maslaçenkonu yüngül danlayıb:

- Vladimir Nikitoviç, idmanda hər saniyədə vəziyyət dəyişə bilər. Siz 16 saniyə gecikməklə, 16 hadisəni ötürə bilərdiniz...
2010-cu ilin noyabrında Vladimir Maslaçenko yüksək arterial təzyiqlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 2010-cu ilin noyabrın 28-də Vladimir Maslaçenko 74 yaşında vəfat edib. O, Moskvada, Vaqankovo qəbirstanlığında dəfn olunub.



2010-cu il Futbol üzrə Rusiya çempionatının 30 turunda bütün oyunlar Maslaçenkonun xatirəsinə birdəqiqəlik sükutla başlayıb, futbolçular yaşıl meydançaya qollarına bağlanmış qara lentlə çıxıblar.
 
Mənbə: Musavat.com
Oxşar xəbərlər

Xəbər lenti

06 İyun 2020
20:04

6 qolluq oyunu "Bavariya" qazandı - VİDEO

19:20

Ronaldunun 1,5 milyon avroya aldığı villa - FOTOLAR

18:50

Holand: "Hummels kimi olmaq istəyirəm"

18:20

"Səninlə fəxr edirəm" - Serena Uilyamsdan həyat yoldaşına dəstək

17:42

Karyerasını "Real"da bitirmək istəyir

17:14

MOK: "İddianın heç bir əsası yoxdur və absurd olduğu aşkardır"

17:09

"Ronaldu öz generasiyasının ən yaxşı futbolçusudu"

16:44

Bundesliqada may ayının ən yaxşı qolları - VİDEO

16:14

Qayıtdı - "Barselona"nın ulduzu ilə bağlı SON XƏBƏR

16:12

Arvadının "Instagram" paylaşımlarına görə klubdan qovuldu - FOTOLAR

15:42

İtaliya nəhəngi 126 milyon avro zərər edib - Rekord

15:16

Messi yenə fərdi məşq etdi - FOTOLAR

15:00

Gözəl gimnastın bu paylaşımı təqibçilərini coşdurdu - FOTO

14:52

AFFA-nın vitse-prezidenti: "Klublar çox ağır vəziyyətə düşüb"

14:36

"İrqçi təhqirlərə məruz qalsam, meydanı tərk edəcəm" - "Mançester Yunayted"in futbolçusu

14:08

Hakimi "Real"a qayıdır? - SON DURUM

13:34

Kevin Dyurent oynamayacaq: "Mənim üçün mövsüm bitib"

13:12

1281 manatlıq idman ayaqqabısı geyinən azərbaycanlı müğənni kimdir? - FOTO

13:04

"ÇL-də mövsüm ləğv olunsa, "Atletiko" qalib elan edilməlidi"

12:40

Azərbaycanlı iş adamı "AZE Nakchivan-Köln" klubu üçün 800 min avroluq stadion tikdirir

12:29

AFFA millinin yeni çalışdırıcısı ilə 2 illik müqavilə bağlayacaq - ÖZƏL

12:26

Çempionlar Liqası tarixinin reytinqi: Klublarımız neçəncidi? - SİYAHI

12:20

"İki dəfə "Yuventus"dan ayrılmağa yaxın olmuşam" - Kyellini

12:02

Bundesliqada bu gün: "Bavariya" "Bayer" səfərində, "Borussiya" "Herta"ya qarşı

11:34

"Yaxşı ki, "Barselona"ya keçməmişəm" - Di Mariya

11:19

Millimizin hücumçusu: "Həftəsonu qadağaların olması çempionata təsir edəcək"

10:50

Modriç Ronaldu ilə Mourinyunun davasından danışdı: "Kriştianu ağlayacaqdı..."

10:46

"Qarabağ"ın ilk transferi kolumbiyalı oldu

10:16

Balotelli ilə yollar ayrıldı

09:35

Bundesliqa: "Borussiya" uduzdu - VİDEO

09:10

Maykl Cordan irqçiliklə mübarizəyə 100 milyon dollar ayırdı

08:20

"Playboy" modeli futbol klubunu aldı, qızı ən gənc prezident oldu - FOTOLAR

00:36

Məşhur braziliyalı forvard Rusiya klubuna keçir

05 İyun 2020
21:22

Evə bərbər çağırdılar, cərimələndilər

19:30

Beyl "Real"da qalır? - Menecerindən açıqlama

18:11

Azərbaycanda futbolçulardan müsahibə götürmək mümkün olmayacaq

17:59

"Qarabağ" Türkiyə millisinin sabiq üzvünü transfer edir

17:52

FIFA Superliqa klubuna transfer qadağası qoydu

17:44

Premyer Liqa klubu kredit götürdü - 175 milyon

17:27

Quardiolanın yeni köməkçisi o olacaq

16:47

Azərbaycanda futbol hakimi davaya müdaxilə etməyəcək

16:41

Timo Vernerin yeni klubu bəlli oldu

16:25

Qapıçı cərimə zərbəsindən qol vurdu, komandasını finala çıxardı - VİDEO

16:23

"Sabah"ın futbolçusunun ailə üzvləri koronavirusdan sağaldı

15:55

Premyer Liqamızda koronavirus aşkarlanarsa, hansı addım atılacaq?

15:53

Azərbaycan Kubokunda 6-cı əvəzetməyə icazə verildi

15:49

Azərbaycan klublarının azad agent transferlərinə müddət qoyuldu

15:41

"Mançester Siti" - "Liverpul" oyunun tarixi bəlli oldu - İPL-in təqvimi

15:29

PFL Premyer Liqa və kubokla bağlı təlimatları açıqladı

14:52

"Neftçi"dən Platellas və Mustivar açıqlaması

14:49

Messinin zədəsi ilə bağlı SON DURUM

14:48

Həftəsonu qadağaları davam etsə, PFL hansı addımı atacaq?

14:36

"Neftçi"dən ayrılacaq legionerlərə biri də qoşuldu

14:21

"Döyüş adası" nə vaxt hazır olacaq? - UFC prezidenti açıqladı

14:01

Azərbaycanın yarım milyonunu mənimsəyib

13:30

İlk milyarder futbolçu - Kriştianu Ronaldu

13:20

Ən ödənişli futbolçulardan biri "Neftçi"dən gedir

13:03

"Barsa"nın Lautaroya görə növbəti təklifi: 80 milyon avro + Firpo

12:36

Klub avtobusuna hücum edilib: İki futbolçu xəsarət alıb

12:32

“Qaradərili ilə evləndiyim üçün məni öldürmək istəyirdilər” - FOTOLAR

12:17

Milli futbolçumuz "Bohum"da qalacaq? - SON DURUM

11:58

"Liverpul"u "Lester"ə dəyişir

11:30

"Yeni Pirlo" "İnter"ə keçir

10:53

"Liverpul", yoxsa "Çelsi"? - Vernerin seçimi

10:37

Elxan Məmmədov gizli şirkətini kimin adına rəsmiləşdirib? - ARAŞDIRMA

10:20

"Real" 17 yaşlı vunderkindin transferini əsas hədəf sayır

10:10

"Real"ın 80 milyon avroluq təklifini rədd etdilər

09:37

Pellenin model sevgilisi təqibçilərini məst etdi - FOTO

09:35

NBA-nın bərpa tarixi və formatı dəqiqləşdi

09:24

Azərbaycanın tanınmış futbol məşqçisi koronavirusa yoluxdu

Facebookdan bizi izləməyi unutmayın.