Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsində daha bir ilk oyun baş tutub.
Fanat.Az xəbər verir ki, ikinci yarımfinal görüşü İtaliya təmsilçiləri “Milan” və “İnter” arasında keçirilib.
Həm də eyni şəhərin təmsilçiləri olan bu komandaların duelində ilk matça “Milan” ev sahibliyi edib. Qarşılaşma isə qonaq komandanın inamlı qələbəsiylə bitib.
Xatırladaq ki, İspaniyanın “Real” və İngiltərənin “Mançester Siti” komandaları arasında baş tutan ilk oyunda heç-heçə qeydə alınıb – 1:1.
Yarımfinalın cavab oyunları mayın 16-17-də keçiriləcək.
Çempionlar Liqası
Yarımfinalın ilk oyunu
10 may
Milan – İnter 0:2
Qollar: Edin Dzeko, 8. Henrix Mxitaryan, 11.
Baş hakim: Xesus Mansano (İspaniya)
Milan. “Cüzeppe Meatsa”.
Milan: Mayk Menyan, Davide Kalabriya, Simon Kyaer, Fikayo Tomori, Teo Ernandes, Rade Kruniç, Sandro Tonali, İsmael Bennaser, Aleksis Salemakers, Braim Dias, Olivye Jiru.
İnter: Andre Onana, Alessandro Bastoni, Françesko Açerbi, Matteo Darmian, Federiko Dimarko, Denzel Dumfris, Nikolo Barella, Hakan Çalhanoğlu, Henrix Mxitaryan, Edin Dzeko, Lautaro Martines.