UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun matçlarından sonra həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.
Fanat.Az UEFA-nın saytına istinadən xəbər verir ki, bu ada "Latsio"nun futbolçusu Çiro İmmobile layiq görülüb.
O, Joao Mario ("Benfika"), Hakim Ziyeş ("Qalatasaray") və Fil Fodeni ("Mançester Siti") qabaqlayıb.
Çiro 5-ci turda "Seltik"lə matçda dubl edib.