16:38 01.09.2020 1432

“Mölde” “Qarabağ”la oyun üçün Bakıya gəlmək istəmir - Millət vəkillərindən etiraz

Millət vəkilləri Aqil Abbas və Fazil Mustafa "Mölde” klubunun "Qarabağ”la oyunu neytral meydanda keçirmək istəyinə etiraz ediblər.

Norveç təmsilçisi bildirir ki, əgər Bakıya gələrlərsə, bu halda ölkələrinə qayıdanda, 10 gün karantində qalmalıdırlar. Buna görə də onlar matçın Macarıstanda keçirilməsinə təklif edirlər ki, geri qayıdanda belə halla üzləşməsinlər. Lakin "Qarabağ” bununla razılaşmır.

Daha əvvəl Ağdam klubunun baş meneceri Asif Əsgərov bildirib ki, məsələ ilə bağlı son qərarı UEFA verəcək: "Bu qurum sonda nə desə, o da olacaq. Sadəcə, biz haqlarımızı tələb edirik. Onlardan açıqlama istəyirik ki, əgər UEFA-nın tərkibində olan 55 ölkə eyni hüquqludursa, Cəbəllütariq kimi 3-5 nəfərdən ibarət ölkə Almaniya, Polşa kimi böyük ölkələrlə eyni sayılırsa, yanaşmalar da eyni olmalıdır. Avstriya millisi Millətlər Liqasıın oyununa görə Norveçə karantinsiz girə bilirsə, Norveçin klubu da qayıdanda öz ölkəsinə gözüyumulu girməlidir. Normalda Azərbaycana da giriş qadağandır, amma rəqibləri xüsusi icazə ilə gətirmişik. Öz dövlətlərindən xahiş edə, daha sonra sübut edə bilərlər ki, test verdikləri üçün Norveçə girişlə bağlı problem olmamalıdır. UEFA təlimatlarında belə bir bənd var: Rəqib öz ölkəsinə qayıdanda problem yaşayırsa, o halda oyun neytral meydanda keçirilə bilər. "Molde" də bunun ucundan tutub, Bakıya gəlmək istəmir".

Millət vəkili Aqil Abbas Qol.az saytına açıqlamasında Norveç təmsilçisinin bu istəyinin anlaşılmaz və UEFA qaydalarına uyğun olmadığını vurğulayıb: "Bu mövsüm, yəni ötən ay Azərbaycana 5 əcnəbi komanda gəlib. Onlardan ikisi "Qarabağ”, hərəyə biri isə "Neftçi”, "Sumqayıt” və "Keşlə” ilə burada oynayıblar. Məgər, "Mölde” həmin klublardan artıqdırmı? Bu məsələyə necə yanaşmadır? Dünya,  Avropa futbolu elədir ki, qurumlar nə qərar çıxarır, hamı ona tabe olmalıdır.  Karantinə, virus riskinə qalsa, hazırda Azərbaycan koronavirusa görə ən az itki verən, ən az yoluxma olan ölkələrdəndir. İkincisi, indi hansı ölkədə koronavirus yoxdur ki? Gedib, hansısa neytral zonada oynamaq istəyi həm bizim üçün şantajdır, həm də rəqibin bəhanəsi. Gəlməyəcəklərsə, dünya futbolunun qanunları var. Buna əsasən, onlara texniki məğlubiyyət verilməlidir. Bununla da məsələ həll olunur”.

Millət vəkili Fazil Mustafanın fikrincə, "Mölde” Azərbaycana gəlmək istəmirsə, ona texniki məğlubiyyət verilməlidir: "Çünki UEFA-nın əvvəlcədən planlaşdırdığı standartlardan kənara çıxmaq doğru deyil. Ən azından matçın Bakıda keçirilməsinə şərait var. Neytral zona sayılan ölkələrdə də eyni koronavirus təhlükəsi mövcuddur. Yəni, necə ki, Bakıdan qayıdandan sonra karantində qalmalıdırlarsa, elə başqa ölkədən qayıdanda da eyni şey ola bilər. Bu, xüsusi bir səbəb deyil. "Qarabağ” da bununla bağlı UEFA-ya müraciət ünvanlamalıdır ki, rəqib komanda Bakıya gəlmirsə, onlara texniki məğlubiyyət verilsin. Əlbəttə ki, "Mölde”nin etdiyi bəhanədir. Belə vəziyyətdə hər iki komanda eyni vaxtda əziyyət çəkmiş olur. Elə Macarıstan üçün də problemdir. Karantin dövründə iki ölkədən futbolçu qəbul etmək o ölkənin də marağında deyil. Nəyinə lazımdır? Azarkeşlər yoxdur ki, deyək, vəsait yığılır. Hansısa bir problem olarsa, bunun məsuliyyətini kim  daşıyır? Təhlükəsizliyə təminat vermək məsələsində də problem olur. Amma bu, bizdə daha rahatdır. Məncə, bu məsələdə bəhanə keçərli deyil və texniki məğlubiyyət barədə düşünülməlidir”.

Xatırladaq ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Qarabağ” – "Mölde” görüşü sentyabrın 16-sı Bakıda keçirilməlidir.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

Facebookdan bizi izləməyi unutmayın.
X