UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın potensial rəqiblərindən olan Xorvatiyanın "Dinamo" klubunun bir futbolçusu koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.
Ancaq Zaqreb təmsilçisi həmin şəxsin adını açıqlamayıb.
Qeyd edək ki, Zaqreb təmsilçisi III təsnifat mərhələsində Macarıstan çempionu "Ferentsvaroş"u mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti raundda "Qarabağ" - "Molde" (Norveç) cütünün qalibi ilə qarşılaşacaq.
Pley-off mərhələsinin ilk matçları 22-23 sentyabrda, cavab qarşılaşmaları 29-30 sentyabrda oynanılacaq. III təsnifat mərhələsinin görüşləri isə 15-16 sentyabrda gerçəkləşəcək.
Fanat.Az