Norveç hökuməti "Mölde"nin UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində matçı ilə bağlı açıqlama yayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Adressa" nəşri məlumat yayıb.
Ölkə mətbuatına danışan Norveçin mədəniyyət naziri Abid Raja "Mölde"nin "Qarabağ"la oyun üçün etdiyi xahişə müsbət cavab verilmədiyini bildirib.
Qeyd edək ki, sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan "Qarabağ" - "Mölde" matçı saat 20:00-a təyin olunub. Norveç klubu Bakıdan dönüşdə 10 günlük karantinə alınacağını bildirərək, qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş edib.
Fanat.Az