Çempionlar Liqasında 2021/22 mövsümünün təqvimini açıqlanıb.
Fanat.Az UEFA-nın qurumun rəsmi saytına istinadən xəbər verir ki, Avropanın birnömrəli klub turnirində yeni mövsümə iyunun 22-də ilkin mərhələnin yarımfinal oyunları ilə start veriləcək. 3 gün sonra bu raundun final matçı baş tutacaq.
I təsnifat mərhələsinin görüşləri 6-7 və 13-14 iyulda, II raundun matçları 20-21 və 27-28 iyulda oynanılacaq. III təsnifat mərhələsində ilk oyunlar 3-4 avqustda, cavab qarşılaşmaları 10 avqustda keçiriləcək. Pley-off mərhələsinin görüşləri isə 17-18 və 24-25 avqustda olacaq.
Çempionlar Liqasında qrup mərhələsi 14-15 sentyabrda birinci turun oyunları ilə başlayacaq.
Çempionlar Liqası
2021/22 mövsümü
2021-ci il
İlkin mərhələ
22 iyun: Yarımfinal
25 iyun: Final
I təsnifat mərhələsi
6-7 və 13-14 iyul
II təsnifat mərhələsi
20-21 və 27-28 iyul
III təsnifat mərhələsi
3-4 və 10 avqust
Pley-off mərhələsi
17-18 və 24-25 avqust
Qrup mərhələsi
I tur
14-15 sentyabr
II tur
28-29 sentyabr
III tur
19-20 oktyabr
IV tur
2-3 noyabr
V tur
23-24 noyabr
VI tur
7-8 dekabr
Pley-off
2022-ci il
1/8 final
15-16, 22-23 fevral və 8-9, 15-16 mart
1/4 final
5-6 və 12-13 aprel
Yarımfinal
26-27 aprel və 3-4 may
Final
28 may
Qeyd edək ki, Çempionlar Liqasında 2021/22 mövsümünün finalı Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda keçiriləcək.