UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniyanın "Atletiko" və İngiltərənin "Çelsi" komandaları arasındakı ilk matçın yeri dəyişdirilib.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi Madriddə yox, Rumıniyanın paytaxtı Buxarestdə olacaq.
Buna səbəb London klubunun koronavirusa görə İspaniyaya gedə bilməməsidir. Qarşılaşma fevralın 23-də təşkil ediləcək.
Qeyd edək ki, 1/8 finalın "Leyptsiq” (Almaniya) – "Liverpul” (İngiltərə) görüşü də eyni səbəbdən Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq.
Fanat.Az