Çempionlar Liqasının 1/8 final mərhələsinin son 4 cavab matçından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Bu ada İngiltərə "Mançester Siti"sindən Kevin De Bröyne, İspaniya "Real Madrid"indən Luka Modriç, Almaniya "Bavariya"sından Coşua Kimmix və İngiltərə "Çelsi"sindən N Qolo Kante iddia edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.
Fanat.Az