UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son 4 cavab matçından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Fanat.Az xəbər verir ki, bu ada İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Luka Modriç layiq görülüb.
Xorvatiyalı oyunçu İtaliya "Atalanta"sına 3:1 hesabı ilə qalib gəldikləri matçda məhsuldar ötürmə ilə yadda qalıb və 94 faiz dəqiq ötürmə ilə oynayıb.
Qeyd edək ki, səsvermə azarkeşlər arasında UEFA-nın rəsmi saytında aparılır.
Fanat.Az