Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusunun kimliyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Bu ada Madridin "Real" klubunun futbolçusu Vinisius Junior layiq görülüb.
21 yaşlı hücumçu doğma meydanda İngiltərə "Liverpul"unu 3:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubla imza atıb.
Fanat.Az