Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, namizədlər sırasında İngiltərənin "Çelsi" klubundan Kristian Pulişiç, Fransa PSJ-sindən Neymar, İspaniyanın "Real Madrid" komandasından Karlos Kazemiro və İngiltərə "Mançester Siti"sindən İlkay Gündoğan yer alıb.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.
Qeyd edək ki, yarımfinalda "Çelsi" "Real Madrid"lə, "Mançester Siti" isə PSJ ilə üz-üzə gələcək.
Fanat.Az