Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Bu ada namizədlər sırasında İngiltərənin "Çelsi" klubundan N Qolo Kante ilə Kay Haverts, "Mançester Siti"dən isə Ruben Diasla Riyad Mahrez yer alıb.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
Fanat.Az