01:02 15.09.2021 2806

Çempionlar Liqası: \"Bavariya\" yenə \"Barselona\"ya qənim oldu, \"Mançester Yunayted\" uduzdu -  YENİLƏNİB

Bu gün Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş baş tutub.

Günün ilk matçları F və G qruplarında keçirilib. İngiltərənin "Mançester Yunayted" klubu İsveçrədə "Yanq Boyz"un qonağı olub. Bu görüşdə sensasiya qeydə alınıb. Ronaldu köhnə-yeni komandasında qol vursa da, isveçrəlilər əzmkar qələbə qazanaraq İngiltərə təmsilçisini əliboş yola salıb. "Vilyareal" - "Atalanta" görüşündə qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib.

Gecənin ən maraqla gözlənilən qarşılaşması, heç şübhəsiz, E qrupunda idi. İspaniya "Barselona"sı evdə Almaniyanın "Bavariya" klubu ilə üz-üzə gəlib. Ötən il ÇL-in 1/4 final mərhələsində almanlar tərəfindən darmadağına məruz qalan kataloniyalıların revanş alacağı gözlənilsə də, "Bavariya" yenə səfərdə böyük hesablı qələbə qazanıb. 
Bu qrupun digər oyununda Portuqaliya "Benfika"sı Ukraynada Kiyev "Dinamo"su ilə münasibətlərinə aydınlıq gətirib. Görüş qolsuz heç-heçə bitib.

G qrupundakı hər iki matç heç-heçə nəticələnib. "Sevilya" "Zaltsburq"la, "Lill" isə "Volfsburq"la "sülh"ə razılaşıb.

Turnirin son qalibi olan İngiltərənin "Çelsi" komandası H qrupundakı ilk sınağına Londonda çıxacaq. "Zadəganlar" Rusiya təmsilçisi "Zenit"lə qarşılaşıb. Görüşün taleyini bir qol həll edib ki, ingilislər qələbəyə sevinib. Bu qrupda keçiriləcək digər görüşdə isə İsveçin "Malmö" və İtaliyanın "Yuventus" klubları üz-üzə gəliblər. "Qoca sinyora" 3 xalı 3 qolla əldə edib.

Çempionlar Liqası
Qrup mərhələsi, I tur
14 sentyabr

E qrupu
23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) 0:3
Qollar:
Müller, 33. Levandovski, 56; 85.

23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya) 0:0

F qrupu
20:45. "Yanq Boyz" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə) 2:1
Qollar:
Ngamaleu, 66. Siebatceu, 90+5 - Ronaldu, 13.

23:00. "Vilyarreal" (İspaniya) - "Atalanta" (İtaliya) 2:2
Qollar: Trigueros, 39. Danjuma, 73 - Frayler, 6. Qosens, 83.

G qrupu
20:45. "Sevilya" (İspaniya) - "Zaltsburq" (Avstriya) 1:1
Qollar:
Rakitiç, 42-p. - Luçiç, 21-p.

23:00. "Lill" (Fransa) - "Volfsburq" (Almaniya) 0:0

H qrupu
23:00. "Çelsi" (İngiltərə) - "Zenit" (Rusiya) 1:0
Qollar: Lukaku, 69

23:00. "Malmö" (İsveç) - "Yuventus" (İtaliya) 0:3
Qollar:
Sandro, 23. Dibala, 45-p. Morata, 45+1.

Qeyd edək ki, ilk turun digər 8 oyunu sentyabrın 15-də keçiriləcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 Aprel 2024
09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:28

Azərbaycanlıların duelini Diniyev qazandı

09:05

Almaniya nəhənginin yeni transfer hədəfi bilindi

01:30

"Sevilya" turu 3 xalla başa vurdu

00:23

"İnter" çempionluğunu derbidə rəsmiləşdirdi!

00:11

"Fənərbağça" büdrədi

22 Aprel 2024
22:46

AÇ: Azərbaycanın 3 boksçusundan qələbə

20:07

"Azərreyl" dramatik qələbə ilə çempion oldu

18:46

A Seriyası təmsilçisi Kannavaroya tapşırıldı

17:55

"Əvvəllər burada qələbə qazanıb-qazanmadığımızı xatırlamıram" - Yürgen Klopp

17:26

Birinci Liqa: 24-cü turun oyunlarının başlama vaxtları açıqlandı

17:04

İkinci Liqa: Lider təqibçisini yendi

16:52

Daha iki futbolçunun adı İPL-in Şöhrət Zalına daxil edildi

16:32

Onana "Mançester Siti" ilə final matçından nə gözləyir?

16:11

Klassen fırıldaqçıların toruna düşdü

15:45

Rusiya millisinin üzvü 21 yaşında dünyasını dəyişdi

15:26

Xavi qalmağa hazırdır - İDDİA

14:59

Azərbaycan Kuboku: Yarımfinalın cavab oyunlarının vaxtı bilindi

14:45

ABL: Müntəzəm mövsümün son turunun proqramı bilindi

14:20

"Əla iş gördük və çox xoşbəxtik" - Lukas Vaskes

13:51

"Musa bizə klubdan ayrılmaq istədiyini..." - "Yurqorden" rəsmisi

13:30

Nə "Real"ın Vinisius kimi braziliyalısı olub, nə də "Barselona"nın

13:11

"Beynimdə bir qərar var, amma..." - Tyaqo Silva

12:52

Tuxel İngiltərə nəhəngi ilə danışıq aparır

12:35

Azərbaycan Kuboku: Yarımfinal görüşlərinin başlama saatları açıqlandı

12:18

"Hə, bu, biabırçılıqdır" - Xavi

11:59

Onur və Yağmur Fransaya yollanacaqlar

11:41

"Zirə" 50-yə, "Səbail" 100-ə çatdı

11:23

"Neftçi" ianə etdi

11:10

"Real"ın "Barselona" üzərində dramatik qələbəsi - VİDEO

10:54

"Bir daha sübut etdik ki..." - Modriç "Barselona" üzərində qələbəni dəyərləndirdi

09:47

Rahil Məmmədov oynadı, komandası “Lex”ə...

09:25

Hüseynovlu “Arda” ÇSKA-ya uduzdu

09:00

"İndi titula daha yaxınıq" - Ançelotti 

00:11

"Bayer" Dortmundda da uduzmadı

21 Aprel 2024
23:50

“Liverpul”dan inamlı qələbə

22:37

"Bəzi mövqelərdə rəqabət yoxdur" - Elmar Baxşıyev

22:10

“Oyunçular tapşırıqları maksimum yerinə yetirdilər” – Şahin Diniyev

21:00

MPL: "Sabah" Tovuzda, "Səbail" Mərdəkanda 3 xala sevindi

20:30

Azərbaycan millisi Praqada gümüş medal qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X