Bu gün PSJ Çempionlar Liqasında qrup mərhələsinin II turunda "Mançester Siti" ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, bu görüş Paris klubunun yeni transferi Canluici Donnarumma üçün əlamətdar ola bilər.
İnsayder Fabritsio Romanonun "Twitter" səhifəsində yazdığına görə, 22 yaşlı italyan qapıçı yeni klubunun heyətində Çempionlar Liqasında debüt edə bilər.
Qeyd edək ki, A qrupunda mübarizə aparan komandaların görüşü Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Xatırladaq ki, ÇL-in ilk turunda "Brüqqe" ilə matçda PSJ-nin qapısını Keylor Navas qoruyub.
Röya