UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu seçilib.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səsverməyə əsasən "Ayaks"ın müdafiəçisi Deyli Blind "ən yaxşı" seçilib.
Qeyd edək ki, "Ayaks" ötən gün öz meydanında "Borussiya Dortmund"u 4:0 hesabı ilə məğlub edib. Blind həmin oyunda bir qolla yadda qalıb.
Emin Şəmsiyev