Ötən gün Çempionlar Liqasının V turunda "Mançester Yunayted" "Villarreal"a 2:0 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, İngiltərə təmsilçisində müvəqqətti olaraq baş məşqçi vəzifəsini icra edən Maykl Kerrik oyunu şərh edib.
Klubun rəsmi saytına danışan 40 yaşlı mütəxəssis qələbəni bir neçə gün öncə klubdan ayrılan Ule-Qunnar Sulşeriə həsr edib:
“Bu qələbə çox şey deməkdir. Oyun çox ağır keçdi. "Villarreal" əla komandadır. Rəqibi üçün sınaq təşkil edib sizi işləməyə məcbur edir. Topla çox yaxşı oynayırlar. Bəzən yaxşı futbol nümayiş etdirdik, bəzən geri çəkilməli olduq. Düşünürəm ki, matç ərzində tədricən daha yaxşı oynamağa çalışdıq.
Fasilədən sonra topa nəzarət bir az çətin oldu, amma əvəzetmələr bu baxımdan mühüm rol oynadı. David de Xea lazım olan epizodlarda bir neçə dəfə yüksək səviyyə nümayiş etdirdi. Həm futbolçularımız, həm də klub üçün gözəl gecə oldu. Nə yaxşı ki, daha da irəli gedə bildik. Bu qələbə Ule üçündür".
Xatırladaq ki, "Mançester Yunayted" növbəti oyununu noyabrın 28-i İPL çərçivəsində səfərdə "Çelsi"yə qarşı keçirəcək.
Emin