İsveçin “Malmö” klubunun azarkeşləri Çempionlar Liqasında Sankt-Peterburq “Zenit”i ilə matçın hakimindən narazı qalıblar.
Fanat.Az "Expressen" nəşrinə istinadən vəbər verir ki, onlar "Malmö"nün qapısına iki penalti təyin edən latviyalı referi Andris Treymanisi qərəzli olmaqda ittiham ediblər.
Azarkeşlərin iddiasına görə, “Zenit”in sahibi olan “Qazprom” şirkətinin həm də Çempionlar Liqasının sponsorlarından biri olduğu üçün hakim rus klubunun uduzmaması üçün köməklik göstərib.
Onlar UEFA-dan hakimin qərarlarının araşdırılması və matçın yenidən keçirilməsini tələb edirlər.
Xatırladaq ki, ötən gün keçirilən gğrüş 1:1 hesabı ilə başa çatıb.
Emin