01:51 09.12.2021 1522

ÇL: \"Barselona\" Münhendə rəzil oldu

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulmalı idi.

Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə E, F, G və H qrupları üzrə daha 8 qarşılaşmanın keçirilməsi nəzərdə tutulmuşdu. Lakin oyunlardan biri əlverişsiz hava şəraiti üzündən təxirə salınıb.

Gecənin ən maraqlı və prinsipial matçlarından biri E qrupunda olub. Növbəti mərhələyə vəsiqəni təmin etmiş “Bayern Münhen” ikinci yer uğrunda mübarizə aparan “Barselona”nı qəbul edib. Qrupun digər oyununda “Benfika” Portuqaliyada heç bir iddiası qalmayan Kiyev “Dinamo”sunu sınağa çəkib. Lissabon təmsilçisi bu görüşdə xal itirəcəyi halda, kataloniyalılar öz oyununun nəticəsindən asılı olmayaraq mərhələ adlayacaqdılar. Xallar bərabər olacağı halda, isə “Benfika” 1/8 finala, “Barselona” isə Avropa Liqasına yollanacaqdı. Amma İspaniya nəhənginin səfərdə darmadağına üzüldüyü gündə Portuqaliya klubu inamlı qələbəyə sevinib. Beləliklə, “Benfika” qrup ikincisi oldub, “Barselona” ÇL-lə vidalaşmaq məcburiyyətində qalıb.

F qrupunda 1/8 finala çıxması dəqiqləşən “Mançester Yunayted” “Yanq Boyz”la qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib. “Vilyarreal” isə İtaliyada “Atalanta” ilə münasibətlərinə aydınlıq gətirməli olsa da, bu görüş güclü qar yağışı ucbatından təxirə salınıb.

G qrupunda “Sevilya” Avstriyada “Zalsburq”la, “Lill” isə Almaniyada “Volfsburq”la üz-üzə gəlib. 4 komandanın hər birinin növbəti mərhələ şansları qaldığından bütün suallara bu turda aydınlıq gəlib. Almaniya və İspaniya təmsilçiləri yalnız qələbə sayəsində 1/8 finala yüksələ bilərdilər. Avstriya və Fransa klublarını isə heç-heçə də qane edirdi. “Zalsburq” evdə, “Lill” isə səfərdə qələbə qazanıb. Bu nəticələrdən sonra Fransa çempionu qrup birincisi olubsa, Avstriya təmsilçisi ikinci yerlə 1/8 finala yüksəlib.

H qrupunda “Yuventus” “Malmö”nü, “Çelsi” isə “Zenit”i sınağa çəkib. Burada həm 1/8 finalın, həm də Avropa Liqasının pley-off mərhələsinin iştirakçıları bəlli olduğundan əsas mübarizə qrup liderliyi uğrunda gedib. “Çelsi”nin xal itirdiyi gündə qələbə qazanan “Yuventus” qrup mərhələsini birinci yerdə başa vurub.

Daha öncə Fransanın PSJ, İngiltərənin “Mançester Siti”, “Liverpul”, “Mançester Yunayted” və “Çelsi”, Niderlandın “Ayaks”, Portuqaliyanın “Sportinq”, İspaniyanın “Real” və “Atletiko” (Madrid), Almaniyanın “Bayern Münhen”, İtaliyanın “İnter” və “Yuventus” klubları 1/8 vəsiqəni təmin edib.
 

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

E qrupu

“Benfika” (Portuqaliya) – “Dinamo” (Kiyev, Ukrayna) 2:0
Qollar:
Yaremçuk, 16. Jilberto, 22.

“Bayern Münhen” (Almaniya) – “Barselona” (İspaniya) 3:0
Qollar:
Müller, 34. Sane, 43. Musiala, 62.

S   Komanda O Q H M V B F X
1   Bayern 6 6 0 0 12 3 +19 18
2   Benfika 6 2 2 2 7 9 -2 8
3   Barselona 6 2 1 3 2 9 -7 7
4   Dinamo K 6 0 1 5 1 11 -10 1
   1/8 final         Avropa Liqası

 

F qrupu

“Mançester Yunayted” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə) 1:1
Qollar:
Qrinvud, 9 – Rider, 42.

“Atalanta” (İtaliya) – “Vilyarreal” (İspaniya) matçı təxirə salınıb

S   Komanda O Q H M V B F X
1   Mançester Yunayted 6 3 2 1 11 8 +3 11
2   Vilyarreal 5 2 1 2 9 7 +2 7
3   Atalanta 5 1 3 1 10 10 0 6
4   Yanq Boyz 6 1 2 3 7 12 -5 5
   1/8 final         Avropa Liqası

 

G qrupu

“Zalsburq” (Avstriya) – “Sevilya” (İspaniya) 1:0

Qol: Okafor, 50.

“Volfsburq” (Almaniya) – “Lill” (Fransa) 1:3
Qollar:
Şteffen, 89 – B.Yılmaz, 11. David, 72. Qomes, 78.
 

S   Komanda O Q H M V B F X
1   Lill 6 3 2 1 7 4 +3 11
2   Zaltsburq 6 3 1 2 8 6 +2 10
3   Sevilya 6 1 3 2 5 5 0 6
4   Volfsburq 6 1 2 3 5 10 -5 5
   1/8 final         Avropa Liqası

 

H qrupu

"Yuventus" (İtaliya) - "Malmö" (İsveç) 1:0
Qol:
Kin, 18

"Zenit" (Rusiya) - "Çelsi" (İngiltərə) 3:3
Qollar:
Klaudinyo, 38, Azmun, 41, Ozdoyev, 90+4 - Verner, 2, 85, Lukaku, 62

S   Komanda O Q H M V B F X
1   Yuventus 6 5 0 1 10 6 +4 15
2   Çelsi 6 4 1 1 13 4 +9 13
3   Zenit 6 1 2 3 10 10 0 5
4   Malmö 6 0 1 5 1 14 -13 1
   1/8 final         Avropa Liqası


 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

Facebookdan bizi izləməyi unutmayın.
X