Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan PSJ - "Real Madrid" oyununda (1:0) yeganə qolun müəllifi olan Kilian Mbappe matçın ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, RMC ulduz hücumçunun söylədiklərini belə çatdırıb:
"Bilirəm ki, söz-söhbətlər çoxdur. Həqiqət budur ki, bu gün PSJ-yə kömək etmək üçün bacardığımı meydanda qoydum. Şadam ki, qələbə qazandıq. Hər şeyə martın 9-da aydınlıq gələcək.
Hazırda yalnız komandamın uğuru haqda düşünürəm və burada olduğum üçün xoşbəxtəm. Dünyanın ən yaxşı klublarından birində çıxış edirəm. Bu fakt bir fevral axşamında "Real"a qarşı oynamasaydım belə, dəyişməz qalacaqdı".