"Sürix" "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa itki ilə çıxa bilər.
Fanat.Az xəbər verir ki, İsveçrə təmsilçisinin aparıcı futbolçularından olan Blerim Cemaylinin görüşdə iştirakı sual altındadır.
Bu barədə komandanın baş məşqçisi Franko Foda bildirib.
"Lütsern"lə qolsuz heç-heçə etdikləri İsveçrə çempionatının II tur oyunundan sonra Cemaylinin əzələsində problem aşkarlanıb. 56 yaşlı mütəxəssis yarımmüdafiəçinin durumunun tibbi müayinədən sonra bəlli olacağını deyib.
Qeyd edək ki, iyulun 27-də "Letsiqrund" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.