PSJ-nin baş məşqçisi Kristof Qaltye komandasının Çempionlar Liqasının qalibi olmaq pespektivi barədə danışıb.
Fanat.Az xəbər verir ki, "RMC Sport" onun dediklərini belə çatdırıb:
"PSJ-nin Çempionlar Liqasının favoriti olduğunu düşünmürəm. Əksini demək rəqibləri aşağılamaq sayılar. Hər mövsüm 8-9 komanda qarşısına ÇL-i qazanmaq hədəfi qoyur. Ancaq çox vaxt heç finala da çıxa bilmirlər. Bu turnirdə tez-tez sürpriz nəticələr, ağlagəlməz ssenarilər qeydə alınır. Yalnız onu deyə bilərəm ki, biz də qələbəni hədəfləmişik".
Nihat