10:07 13.11.2020 2190

Əsgərimiz bu mesajı ilə hamını kövrəltdi - FOTO/VİDEO

Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə divarlara hərbçilərimizin yaşadıqları rayonların adlarını yazması ənənəyə çevrilib. Lakin bu dəfəki yazı sosial şəbəkələrdə həssaslıqla qarşılanıb.

Vətən Müharibəsinin  iştirakçısı Elçin Əhmədov tikililərin birinin divarına "Maştağa 1 N-li internat” sözlərini yazıb. Bundan sonra hər kəs onu tapmağa və dəstək olmağa çalışıb. Elçin Əhmədov özü həmin internat məktəbində böyüyüb. İndi isə 3 övlad atasıdır. Döyüşlər başlayanda da könüllü olaraq müharibəyə yollanıb. 

O, "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin aktiv üzvlərindən olub. Könüllü kimi bir çox Qeyri-hökumət təşkilatlarının aksiyalarında iştirak edib.

E.Əhmədov bu gecə sosial şəbəkə hesabında əsgər yoldaşları ilə birgə döyüş zamanı çəkdirdiyi şəkli paylaşaraq bunları yazıb: "Yastığımız Vətən daşı, yorğanımız qar olsun. Neçə vaxtdır sosial şəbəkələrdən uzağıq. İndi görürəm ki, bəzi təxribatçılar ağlına gələni də yazır. Siz bilmirsiniz buralar necə soyuqdur, necə əziyyətlərə qatlanırıq. Ali Baş Komandanımız hər şeyi götür-qoy edir. Nə etdiyini də gözəl bilir. Biz nə soyuqdan, nə şərəfsiz düşmənimizdən qorxuruq. Bəli, müharibədir, hər şeyə dözməliyik, şükürlər olsun dözürük də. Hara qədər desələr, nə vaxta qədər desələr Vətən keşiyində durmağa hazırıq. Təxribatlara uymayın, hər şey yaxşıdır, hər şey də ölkəmizin, xalqımızın xeyrinədir. Siz bilmədiyiniz çox şey var, zamanı gəlincə hər şeyi biləcəksiniz. İndi sizlərə sadəcə səbrli olmaq, ölkəmizin, rəhbərimizin yanında olmaq, onun fikirlərini dəstəkləmək düşür. Vaxt var idi nə Şuşa, nə Kəlbəcər, nə də işğal olunmuş rayonlarımızı görə bilirdik. İndi isə Şuşada biz çay içirik, ocaqda qaynatdığımız çay. Allah Prezidentimizi qorusun. Biz tək Ermənistanla savaşırıq, Ali Baş Komandanımız isə Dünyayla”.//qafqazinfo.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X