12:57 04.02.2021 706

Autizm Assosiasiyasının İdarə Heyətinin iclası keçirildi - FOTOLAR

03 fevral 2021-c il tarixdə Autizm Assosiasiyası  İdarə Heyətinin cari ildə ilk iclası keçirilib. Tədbirdə illik təqvim planı ətrafında fikir mübadiləsi aparılıb, perspektiv planlar müzakirə olunub, birliyə maraqlı tərəflərdən, o cümlədən ayrı-ayrı təşkilatlardan, autizmli uşaqların valideynlərindən daxil olan müraciətlərə nəzər salınıb. 

İclası giriş sözü ilə açan Assosiasiyanın sədri Elnur Məmmədov bildirib ki, təşkilatın ötən təqvim ili pandemiyanın geniş yayıldığı bir dövrə təsadüf edib və bu səbəbdən təşkilatın bir çox fəaliyyətləri, o cümlədən layihə və proqramları pandemiya şərtlərinin nəzərə alındığı bir şəraitdə icra olunub. Cari ilin təqvim planı da məhz bu şəraitin tələblərlərinə uyğun şəkildə tərtib edilib. İdarə Heyətinin hazırkı iclasında ehtiyac yarandığı təqdirdə onun ayrı-ayrı bəndləri müzakirə olunmalı və bu sənəd ümumilikdə qəbul edilməlidir. 

İllik təqvimi planı ətrafında aparılan müzakirələr zamanı bildirilib ki, bu sənədin əsas komponenti əməliyyat müstəvisində keçiriləcək fəaliyyətlərlə əlaqədardır. Bu səbəbdən Assosiasiyanın təlim-tədris departamenti əsas diqqəti ardıcıl və silsilə təlimlərin keçirilməsinə, idman departamenti isə idman tədbirlərinin, xüsusilə yarış və turnirlərin təşkilinə yetirməlidir. Bu fəaliyyətlər planlaşdırılan zaman mövcud karantin vəziyyəti nəzərdən keçirilməli, həmin dövr üçün müəyyən olunmuş qaydalara uyğun təşkil edilməlidir. 

İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, illik təqvim planı icra olunan zaman əməliyyat müstəvisində yer almış fəaliyyətlərlə yanaşı həm də ictimaiyyətlə əlaqələrin inkişaf etdirilməsinə və bundan irəli gələn PR strategiyasının yeni dövrün tələblərinə uyğun şəkildə icra olunmasına yetirilməlidir. Bu baxımdan xüsusi diqqət beynəlxalq tərəfdaşlarla əlaqələrin qurulmasına, beynəlxalq səviyyədə icra olunacaq birgə fəaliyyətlərin keçirilməsinə ayrılmalıdır.

Ümumi müzakirələrin nəticəsi olaraq, Assosiasiyasının illik təqvim planı yekdilliklə qəbul edilib, qurumun bütün departamentləri qarşısında yaxın perspektivə hesablanmış tapşırıqlar verilib.

Tədbirin sonunda Assosiasiyaya üzv olmaq istəyən təşkilatların müraciətlərinə baxılıb və cari məsələlər ətrafında geniş müzakirlər aparılıbdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
17:11

"Turan Tovuz"un "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

Facebookdan bizi izləməyi unutmayın.
X